Foodinfo.az orucu açmaqla bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) tövsiyələrini təqdim edir.
Orucu mərhələli və düzgün açmaq mədə-bağırsaq sistemini qoruyur və rahat oruc tutmağa kömək edir.
Uzun müddət ac qalan mədəni birdən-birə ağır yeməklərlə yükləmək həzm problemlərinə səbəb ola bilər.
Orucu düzgün açmaq üçün:
- İlıq su ilə başlayın. Mədəni yeməyə hazırlayın.
- Xurma, zeytun, salat və göyərti ilə davam edin.
- 15–20 dəqiqə fasilə verin. Sonra əsas yeməklərə keçin.
- İlk olaraq, sulu yeməklərə üstünlük verin.
Bu qaydalara əməl edərək rahat oruc tuta, sakit və mərhələli iftar keçirə, mədə-bağırsaq sistemini qoruya bilərsiniz.






