Heç bir əks göstəriş yoxdursa, hər gün pendir yeməyin çox faydaları var. Pendir protein və həyati vitamin mənbəyidir. Ona görə bu məhsulu hər gün yemək lazımlı sayılır. Pendir məhz vitaminlərlə zənginliyi sayəsində immun sistemini gücləndirir, dərinin vəziyyətini, mərkəzi sinir və görmə sistemini dəstəkləyir. Bundan əlavə, bu məhsul hemoqlobinin, qırmızı qan hüceyrələrinin əmələ gəlməsi, yaraların tez sağalması və bədəndə kalsium səviyyəsinin tənzimlənməsi üçün faydalıdır. Pendir, tərkibində olan çoxlu miqdarda protein sayəsində toxumaların, əzələlərin və hüceyrələrin bərpasına, həmçinin hormonların ifrazına kömək edir. Pendirin eyni dərəcədə vacib bir üstünlüyü dişlərə təsiridir. Bu məhsulun yüksək kalsium tərkibi dişləri qorumağa, ağızdakı pH səviyyəsini azaltmağa və diş minasının zədələnməsinin qarşısını almağa kömək edir. Ancaq eyni zamanda, pendirin kifayət qədər yağlı bir məhsul olduğunu xatırlamaq lazımdır və onu çox miqdarda yeməyə dəyməz. Ən yaxşı seçim, gündə 30 qram pendir yeməkdir. Və ya səhər yeməyində bir dilim qara çörəklə yemək daha yaxşıdır.
Son xəbərlər
- Təhlükəli qida məhsullarının utilizasiyası və məhv edilməsi qaydaları təsdiqləndi
- Çay necə zəhərə çevrilir? - Bu içkini nə zaman içməlisiniz?
- Depressiyanın qarşısını almağa kömək edən 3 QİDA
- BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar
- Diyetoloq südlə bağlı mifləri şərh edib
- Divandan durmadan da arıqlaya bilərsiniz - Necə?