111 kiloqram çəkisi olan gənc qız dəyişimi ilə görənlərə motivasiya mənbəyi olub. Foodinfo.az xəbər verir ki, 24 yaşlı Mari Liveli adlı gənc qız yaşadığı kilo probleminə görə arıqlamaq qərarına gəlib. Depressiyayla mübarizə aparan Mari, universitetdən məzun olan kimi iş axtarmağa başlayıb. Lakin şişman olduğuna görə, hər dəfəsində onu işə götürməkdən imtina ediblər. Stress səbəbi ilə ''Fast food'' və zərərli qidaları daha çox qəbul etməyə başlayıb. Arıqlamaq qərarına gəldikdən sonra isə karbohidratın az olduğu və proteinin çox olduğu qidalarla qidalanıb. Beləliklə, o, 1 il ərzində demək olar ki, bütün artıq çəkilərindən xilas olmağa nail olub. Mari arıqlamağa ilk zehnindən başladığını da xüsusi vurğulayıb. (ölkə.az)