Sarımsaq hən qida, həm dərmandır. Amma onun faydasına gözuyumlu inanıb, gündəlik sarımsaq dozasını o qədər aşırlar ki, faydasından çox zərərini görürlər. Adi su da çox içiləndə zərərli olduğu kimi, sarımsağın da çox yeyilməsinin bir çox orqanlara mənfi təsiri var. Foodinfo.az medicina.az-a istinadən sarımsağın bilmədiyiniz 5 zərərini təqdim edir. Xüsusən ac mədəyə və gün ərzində çox miqdarda çiy sarımsaq yemək bu fəsadları törədə bilər. 1. Qaraciyəri zəhərləyər Bu orqan qanı təmizləyir, yağ zülal mübadiləsini tənzimləyir, orqanizmdən zəhərli ammiakı çıxarır. Sarımsaqda olan allisin adlı kimyəvi birləşmə qaraciyərə çox daxil olduqda onu toksiki zəhərləyir. 2. Diareyası olanlara olmaz Acqarına sarımsaq ishal yaradır. Qıcıqlanmış bağırsaq, Kron, kolit xəstəliklərində və müəyyən xəstəliklər zamanı bağırsaq pozulmalarında sarımsaq yeyib vəziyyəti daha da pisləşdirə bilərsiz. 3. Ürəkbulanma və mədə yanması verir Mədəsi və nazik bağırsağı həssas olanlar, yara, xorası olanlar acqarına və ya yeməkdən çox əvvəl çiy sarımsaq yeyərsə ürəkbulanma, mədə yanması, reflüks, hətta qusma ola bilər. Sarımsaq qastroezifagit reflü xəstəliyi olanlara əks göstərişdir. 4. Nəfəsi korlayır Bu da sarımsaqda olan kükürd maddəsinə görədir. 5. Qanaxmanı artıra bilər Sarımsaq təbii qan durulaşdırıcıdır, ona görə laxtalanma problemi olan, aspirin qəbul edənlər, əməliyyat olanlar, hər hansı daxili qanaması olanlar çiy sarımsaqdan uzaq dursa yaxşıdır.