
Yuyulmuş göyərti tez xarab olmağa meyllidir, ona görə düzgün saxlama üsulu vacibdir. Əks halda 1-2 günə solub qarala bilər.
1. Tam qurudun
Göyərtini yuduqdan sonra su damcılarını tam qurudun. Mətbəx dəsmalı, kağız salfet və ya salat qurudan (spinner) istifadə edə bilərsiniz. Nəm qalan göyərti tez kiflənir.
2. Kağız dəsmalda büküb saxlamaq
Qurumuş göyərtini təmiz kağız dəsmala sarın. Sonra hava keçirməyən qida qabına və ya kilidli paketə qoyun. Belə üsulla soyuducunun tərəvəz bölməsində 5–7 gün təravətli qalır.
3. Şüşə və ya plastik qabda saxlamaq
Altına kağız dəsmal sərilmiş qida qabına göyərtini qoyun. Üzərinə də nazik kağız dəsmal və qapaq örtün. 4–6 gün təzə qalır.
4. Suda saxlamaq (tez istifadə üçün)
Saplı göyərtini stəkan və ya bankada azacıq suya qoyun. Üzərini nazik salafan və ya tor ilə örtün. Soyuducuda 2–3 gün çox təravətli qalır.
Göyərtini yuduqdan sonra tam qurudulmadan bağlamayın, yoxsa içində rütubət qalır və tez çürüyür. Uzunmüddətli saxlama üçün doğrayıb dondurmaq da olar, amma dondurulmuş göyərti salat üçün deyil, yemək bişirmək üçün uyğundur.