Yaşıl çay bədəndə metabolizmi sürətləndirən ən təsirli təbii içkilərdəndir. Foodinfo.az bildirir ki, onun tərkibindəki katexinlər yağ yandırmanı dəstəkləyir. Gündə 2 fincan yaşıl çay içmək arıqlama prosesini sürətləndirə bilər.

Bu çay orqanizmdə toksinləri çıxarmağa da kömək edir. Antibakterial təsiri sayəsində ağız sağlamlığını qoruyur. Eyni zamanda yaşıl çay stres hormonlarının səviyyəsini azaldır. Səhərlər və nahardan sonra içilməsi daha faydalıdır.

Artıq çəkisi olanlar üçün xüsusilə tövsiyə edilir. Həddindən artıq istifadə isə ürək döyüntüsünü sürətləndirə bilər. İmmunitet zəifliyində də müsbət təsiri qeyd olunur. Yaşıl çay dərini gəncləşdirən təbii antioksidant mənbəyidir. Uzunmüddətli istifadədə xolesterolu tənzimlədiyi sübut olunub.