
Süngər kimi yumuşaq və havalı tort hazırlamaq üçün əsas qaydalara diqqət yetirmək vacibdir.
Foodinfo.az bildirir ki, ilk növbədə, yumurtalar otaq temperaturunda olmalı və şəkərlə yaxşı çalınmalıdır. Bu, havalı strukturun yaranmasına kömək edir. Ən azı 7-10 dəqiqə çalmaq məsləhətdir.
İkincisi, unu tədricən və ehtiyatla, dairəvi hərəkətlərlə əlavə etmək lazımdır ki, qarışıq sönməsin.
Əgər reseptdə qabartma tozu varsa, miqdarı dəqiq ölçmək vacibdir. Xəmiri qarışdırarkən mikser deyil, spatula istifadə etmək tövsiyə olunur.
Bişirmə zamanı sobanı açmaq olmaz, bu, xəmirin çökməsinə səbəb ola bilər.
Sonda tortun daha nəm və süngər kimi olması üçün bişdikdən sonra üzərinə az miqdarda şərbət çəkmək olar. Bu sadə üsullar ideal teksturaya nail olmağa kömək edir.