Bağırsaq mikroflorasının sağlamlığı ümumi immunitetə təsir edir. Foodinfo.az bildirir ki, kefir probiotiklərlə zəngindir. Qatıq həzmi yaxşılaşdırır və mikrofloranı bərpa edir. Turş kələm və digər fermentləşdirilmiş qidalar bağırsaq üçün faydalıdır. Alma pektinlə bağırsaqları təmizləyir.

Sarımsaq təbii antibiotik funksiyası daşıyır. Zəncəfil bağırsaq hərəkətini sürətləndirir. Çuğundur və kök detoks effektli qidalardır. Kəpəkli məhsullar bağırsaq fəaliyyəti üçün vacibdir. Yaşıl çay və nanə çayı mədə turşusunu balanslaşdırır. Balıq və yumurta proteinlə bağırsaq florasını qidalandırır.

Həkimlər probiotik qidaları gündəlik qəbul etməyi tövsiyə edir.