
Təbii və mövsümi məhsullar insan sağlamlığı üçün əvəzolunmaz rol oynayır. Foodinfo.az bildirir ki, xüsusilə yaz və yay aylarında yetişən meyvə və tərəvəzlər cavan qalmağa kömək edir. Çiyələk antioksidantlarla zəngin olub dərini gəncləşdirir.
Albalı və gilas bədəndə iltihab əleyhinə təsir göstərir. Pomidor likopen maddəsi ilə dərinin elastikliyini qoruyur. Xiyar dəriyə nəmlik və parlaqlıq bəxş edir. Qarpız və yemiş su tərkibi ilə bədənin təmizlənməsini sürətləndirir. Göyərti və ispanaq qan dövranını yaxşılaşdırır və hüceyrələrin yenilənməsinə şərait yaradır.
Mövsümi məhsullar vitamin və mineral baxımından daha zəngindir. Qışda isə nar və kələmin antioksidant təsiri güclüdür. Həkimlər ilboyu mövsümə uyğun qidalanmanı tövsiyə edir.