
Pəhriz zamanı bəzi yanlış vərdişlər arıqlama prosesinə mane olur. Foodinfo.az bildirir ki, səhər yeməyindən imtina etmək metabolizmanı zəiflədir. Gecə ac qalmaq isə bədəni yağ ehtiyatı saxlamağa məcbur edir. Yalnız dietik məhsullar qəbul etmək orqanizmdə qida çatışmazlığı yaradır.
Az su içmək maddələr mübadiləsini yavaşdırır və yağ yandırmanı zəiflədir. Şəkərli içkilər və diyet içkilər arıqlama prosesini ləngidir. Həddindən artıq protein qəbul etmək böyrəkləri yükləyir. Karbohidratdan tam imtina isə enerji çatışmazlığı yaradır. Düzgün olmayan aralıq müddətlərdə yemək iştahanı artırır.
Yuxu azlığı da arıqlama prosesinə mənfi təsir edir. Mütəxəssislər balanslı və müxtəlif qidalanma rejimi məsləhət görür.