Avokado uşaqlar üçün çox faydalı bir meyvədir və onların sağlam inkişafında mühüm rol oynayır. Tərkibi vitaminlər, minerallar, faydalı yağlar və liflə zəngindir. 

Foodinfo.z avokadonun uşaqlara faydalarını təqdim edir:

1. Beyin inkişafını dəstəkləyir

Avokado omeqa-3 yağ turşuları və E vitamini ilə zəngindir. Bu maddələr uşaqlarda yaddaşın güclənməsi, diqqət və öyrənmə qabiliyyətinin artmasına kömək edir.

2. İmmuniteti gücləndirir

C, E və B vitaminləri ilə zəngin olan avokado uşaqların immun sistemini gücləndirərək onları infeksiyalara qarşı daha dayanıqlı edir.

3. Sümük və dişlərin inkişafını dəstəkləyir

Avokadoda K vitamini, folat və maqnezium var. Bunlar uşaqlarda sümük və dişlərin sağlam inkişafı üçün vacibdir.

4. Sağlam yağ mənbəyidir

Tərkibində olan faydalı mono doymamış yağlar uşaqlara enerji verir, tox qalmağa kömək edir və ürək-damar sağlamlığına müsbət təsir göstərir.

5. Həzm sistemini yaxşılaşdırır

Liflə zəngin olduğu üçün bağırsaq hərəkətlərini tənzimləyir və qəbizlik kimi problemlərin qarşısını alır.

6. Alergen riski azdır

Avokado körpə qidaları üçün də uyğundur, çünki yumşaqdır, asan həzm olunur və allergiya yaratma ehtimalı çox aşağıdır.

Avokado uşaqlar üçün həm qidalı, həm də təhlükəsiz bir seçimdir. Əzilərək püreyə qatılıb verilə bilər və ya sandviç, salat və digər yeməklərə əlavə oluna bilər. Təbii, balanslı şəkildə və yaşına uyğun miqdarda verilməsi tövsiyə olunur.