Noxud zülal, lif, vitamin və minerallarla zəngin sağlam qidalanmanın vacib hissəsidir. Mövsümdə alınaraq təzə-təzə dondurulması, onu ilboyu istifadə etməyə imkan yaradır. Bəs buzluqda saxlanılan noxud qida dəyərini itirirmi?

Foodinfo.az xəbər verir ki, düzgün şəkildə dondurulmuş noxud əsas qida dəyərlərini – zülal, karbohidrat, lif və minerallarını böyük ölçüdə qoruyur. 

Vitaminlərdən isə xüsusilə C vitamini və B qrupu vitaminləri bir qədər azala bilər. Bu itkini minimuma endirmək üçün noxudlar əvvəlcə qısa müddət (2–3 dəqiqə) buxarda bişirilib, sonra buzlu su ilə soyudularaq dondurulmalıdır.

Dondurulmuş noxud həm rahat, həm də sağlam seçimdir. Yeganə diqqət yetiriləcək məqam – dondurucunu uzun müddət açıb-bağlamamaq və soyuducunun temperaturunu sabit saxlamaqdır. Bu şərtlərlə noxud 8–12 ay ərzində tərkibini itirmədən istifadə oluna bilər.