
Yeni araşdırmalar göstərir ki, həftədə sadəcə bir yumurta yemək ürək-damar xəstəliklərindən vaxtından əvvəl ölüm riskini azalda bilər.
Foodinfo.az xəbər verir ki, alimlər yumurtanın tərkibindəki antioksidantlar, omega-3 yağ turşuları, vitaminlər və yüksək keyfiyyətli proteinlərin ürək sağlamlığına müsbət təsir etdiyini bildirir.
Xüsusilə qaynadılmış yumurta damarlarda iltihabın azalmasına və xolesterol balansının qorunmasına kömək edir.
Tədqiqatçılar qeyd edir ki, yumurtanı tamamilə yeməmək düzgün deyil, əksinə, ölçülü şəkildə qəbul edildikdə sağlamlıq üçün çox faydalıdır.
Mütəxəssislər sağlam şəxslər üçün həftədə 1–3 yumurtanın təhlükəsiz və faydalı olduğunu bildirirlər. Xolesterolu yüksək olan şəxslər isə yumurta qəbulunu həkim nəzarəti ilə tənzimləməlidir.