Azərbaycanda toyuq budunu və toyuq ətinin qiymətində son bir illə müqayisədə 20%-ə yaxın bahaşama müşahidə olunub. Foodinfo.az Fed.az-a istinadən bildirir ki,  toyuq budunun son bir ildəki orta qiyməti 66 qəpik, yəni 17,1 faiz artaraq 3 manat 86 qəpikdən 4 manat 52 qəpiyə yüksəlib. Yerli istehsal olan toyuq budu 96 qəpik, və ya 21% artaraq 4 manat 57 qəpikdən 5 manat 53 qəpiyə doğru dəyişib. İdxal olunan budun qiymətində isə 1 manat 01 qəpik və ya 31,4% artım olub. Bununla idxal olunan toyuq budu cari ilin oktyabr ayında 4 manat 23 qəpik təşkil edib. Toyuq ətinin qiymətində də artım müşahidə olunub. Belə ki, toyuq ətinin 1 kiloqramının orta qiyməti 4 manat 86 qəpikdən 5 manat 73-ə qəpiyə qalxıb. Nəticə 87 qəpik və ya 17,9% bahalaşma baş verib. Yerli ətin qiyməti də 4 manat 83 qəpikdən 5 manat 71 qəpiyədək artıb. Nəticədə qiymətlər 88 qəpik, yəni 18,1% yüksəlib. İdxal olunan toyuq ətinin qiyməti isə 89 qəpik, yəni 18,2% artaraq 4 manat 89 qəpikdən 5 manat 78 qəpiyə dəyişib. Əlavə toyuq əti məhsulları idxal edilmədiyindən yerli toyuq əti məhsulları və orta qiymət sadəcə 40 qəpik və ya 9,5% artıb. Nəticədə ötən ilin oktyabrında 4 manat 20 qəpik olan qiymət bu ilin oktybarında 4 manat 60 qəpik olub.