
İmmunitetin gücləndirilməsi üçün aptek məhsullarına alternativ olaraq bal-zəncəfil-limon qarışığı uzun illərdir xalq təbabətində istifadə olunur.
Foodinfo.az bildirir ki, Rusiyalı immunoloq İrina Skvortsova bu qarışımın effektinə dair elmi əsaslar olduğunu bildirib. Onun sözlərinə görə, limon C vitamini ilə sərbəst radikallarla mübarizə aparır, zəncəfil iltihabəleyhinə təsir göstərir, bal isə təbii antibakterial xüsusiyyətə malikdir. Bu üçlüyün birlikdə istifadəsi immun hüceyrələrin aktivliyini artırır və viruslara qarşı bədəni daha dayanıqlı edir.
Skvortsova gündə bir çay qaşığı bu qarışımı səhər acqarına qəbul etməyi tövsiyə edir. Həmçinin onu isti suya əlavə edərək çay kimi içmək də mümkündür. Lakin allergiyası və mədə problemi olanlar bu qarışımı ehtiyatla istifadə etməlidirlər. Qarışımı soyuducuda saxlayaraq bir həftə ərzində tədricən istifadə etmək olar. Təbii tərkibli bu vasitə həm xəstəliklərdən qoruyur, həm də enerji verir.