Finlandiyanın Helsinki Universitetinin professoru Mika Rantanen duzun ürəyə təsiri ilə bağlı yeni tədqiqatın nəticələrini təqdim edib. Onun sözlərinə görə, duzsuz pəhriz hər zaman ürək sağlamlığı üçün ideal hesab edilmir.

Foodinfo.az yazır ki, Rantanen bildirir ki, bədənin müəyyən miqdarda natrium qəbul etməyə ehtiyacı var və sıfır duzla qidalanma hiponatremiyaya, yəni duz çatışmazlığına səbəb ola bilər. Bu da öz növbəsində əzələ zəifliyi, ürək ritmində pozuntu və təzyiqin kəskin enməsi ilə nəticələnə bilər. Tədqiqat göstərib ki, duz qəbulu gündə 3-5 qram arasında olduqda ürəyə faydalıdır və ifrat azalma təhlükə yaradır.

Professor əlavə edir ki, əsas məsələ qəbul edilən duzun növü və miqdarıdır. Sənaye məhsullarında gizli duz miqdarı bəzən normanı aşdığı üçün evdə yemək zamanı istifadə olunan miqdar azaldılmalıdır. Dəniz duzu və ya mineral duzlar natriumla yanaşı başqa mikroelementləri də təmin etdiyi üçün daha uyğundur. Rantanen duzun mütləq düşmən olmadığını, lakin ölçünün vacib olduğunu vurğulayır.