
Səhər acqarına qəbul edilən bəzi qidalar gün boyu bədəni enerji ilə təmin edir və sağlamlığı dəstəkləyir. Foodinfo.az bildirir ki, bu qidalardan ilki limonlu ilıq sudur. Bu içki maddələr mübadiləsini sürətləndirir və toksinlərin bədəndən çıxmasına yardımçı olur.
Digər bir vacib məhsul isə bal ilə qarışdırılmış isti sudur. Bal immunitet sistemini gücləndirir və mədəni rahatlaşdırır. Üçüncü super qida isə çiy badamdır. Badam beyinə enerji verir və günə tox başlamağa kömək edir. Həkimlər səhər saatlarında bu məhsullardan istifadənin həzm sisteminə də müsbət təsir etdiyini bildirir.
Xüsusilə çiy badam ürək-damar xəstəliklərinin qarşısını almaqda faydalıdır. Limonlu su isə dərinin parlaqlığını artırır və bədəni qələviləşdirir. Bal isə tənəffüs yollarının qorunması üçün təbii vasitə sayılır. Günə bu qidalarla başlamaq, sağlam həyat tərzi üçün ən düzgün seçimdir.