Duz insan orqanizmi üçün vacib olsa da, həddindən artıq istifadəsi təhlükəlidir. ÜST gündə maksimum 5 qram duz qəbulunu tövsiyə edir. Foodinfo.az bildirir ki, bu normanı aşmaq qan təzyiqinin yüksəlməsinə və ürək-damar xəstəliklərinə səbəb ola bilər.

Artıq duz böyrəklər üçün də ciddi yük yaradır. Ödem, orqanizmdə su toplanması və baş ağrıları ilk əlamətlər arasındadır. Hazır məhsulların və konservlərin tərkibindəki gizli duza diqqət yetirilməlidir. Fast-food və çips kimi məhsullar normanı qat-qat artırır.

Duzun həddən artıq qəbulu sümük əriməsinə də səbəb ola bilər. Mütəxəssislər duz əvəzinə limon suyu və təbii ədviyyatlardan istifadəyə çağırır. Ev yeməklərində duz miqdarını minimuma endirmək faydalıdır. Balanslı duz istehlakı orqanizmin su-duz tarazlığını qoruyur. Sağlam həyat tərzi üçün düzgün qidalanma rejimi ön planda olmalıdır.

Duz