
Fındıq sağlam yağlar, protein, E vitamini, antioksidantlar və liflə zəngin olan qidalar arasında yer alır. Ürək-damar sağlamlığını qorumaq, beyin funksiyalarını gücləndirmək və toxluq hissini artırmaq üçün gündəlik istehlakı tövsiyə edilir. Lakin miqdara nəzarət edilmədikdə yüksək kalori tərkibinə görə arzuolunmaz çəki artımına səbəb ola bilər.
Foodinfo.az xəbər verir ki, mütəxəssislərin fikrincə, gündə 20–30 qram fındıq yemək kifayət edir. Bu təxminən 15–20 ədəd çiy və ya qovrulmuş fındıq deməkdir.
Bu miqdar həm ürəyə faydalıdır, həm də gündəlik E vitamini və faydalı yağ ehtiyacının bir hissəsini qarşılayır.
Bəs, qədərindən artıq fındıq yemək nələrə səbəb ola bilər?
- Həddindən artıq enerji qəbuluna və çəki artımına gətirib çıxarar.
- Mədə-bağırsaq narahatlıqları (məsələn, qaz və şişkinlik) yarada bilər.
- Allergiyası olan insanlarda ağır reaksiyalar törədə bilər.