Müasir həyat tərzi, qeyri-sağlam qidalanma və az hərəkətlilik həzm sistemində problemlərə səbəb olur. Foodinfo.az xəbər verir ki, bəzi təbii məhsullar bağırsaq fəaliyyətini normallaşdırmaq və qəbizliyin qarşısını almaq üçün idealdır.

Birinci sırada ərik qurusu dayanır. Təbii liflərlə zəngin bu meyvə bağırsaqları işlədərək həzmi rahatlaşdırır. Kəpəkli məhsullar isə toxluq hissi yaradıb, qəbizliyin qarşısını alır.

Yoqurt faydalı bakteriyalarla bağırsaq mikroflorasını bərpa edir. Alma və kətan toxumu isə lif və antioksidant mənbəyi kimi orqanizmi toksinlərdən təmizləyir.