Şirniyyat sevənlər üçün həkimlərdən ciddi xəbərdarlıq gəlib. Foodinfo.az xəbər verir ki, artıq şəkər qəbulu təkcə çəkini artırmır, həm də sağlamlıq üçün gizli təhlükələr yaradır. Mütəxəssislər bildirir ki, ilk növbədə bu, insulin dirəncinə səbəb olur və nəticədə şəkər xəstəliyi riski artır.

İkinci təhlükə diş çürüməsidir. Daim şirniyyat yeyənlərdə diş minasının zəifləməsi və diş problemləri yaranır. Üçüncüsü, qaraciyərdə piylənmə riski yüksəlir. Dördüncü təhlükə isə bağırsaq mikroflorasının pozulmasıdır. Çox şəkər bağırsaqlarda faydalı bakteriyaları azaldır.

Beşinci risk depressiya və əhval dəyişiklikləri, altıncı isə dəri problemləri və erkən qocalmadır. Mütəxəssislər gündəlik şəkər qəbulunu azaltmağı və təbii şirin qidalara üstünlük verməyi məsləhət görürlər.