Səhər acqarına qəbul edilən bəzi qidalar sağlamlıq üçün olduqca faydalıdır. Foodinfo.az xəbər verir ki, mütəxəssislər gündəlik rasiona səhər saatlarında bal əlavə etməyi tövsiyə edir. Bal immun sistemini gücləndirir və enerjini artırır.

Digər məhsul isti su və limondur. Bu qarışım bədəni toksinlərdən təmizləyir və maddələr mübadiləsini sürətləndirir. Üçüncü tövsiyə isə xurmadır. Xurma qanda şəkəri tənzimləyir və orqanizmin ehtiyac duyduğu təbii şəkəri təmin edir.

Mütəxəssislər bildirir ki, bu qidalarla səhərə başlamaq immuniteti möhkəmləndirir və gün ərzində enerjini yüksək saxlayır.