Dietoloq Yelena Solomatina bildirib ki, ağ undan hazırlanan məhsullardan qaçmaq ürək-damar xəstəliklərinin, qaraciyər yağlanmasının, 2-ci tip diabetin və s. inkişafın qarşısını almağa kömək edəcək.
Fiodinfo.az bildirir ki, belə undan hazırlanan məhsullara ağ çörək, rulon, peçenye və yumşaq buğdadan hazırlanmış makaron daxildir. "Moskva 24" telekanalına müsahibəsində Solomatina qeyd edib ki, yüksək dərəcəli undan hazırlanan məhsullarda çoxlu şəkər və sürətli karbohidratlar var.
Onun sözlərinə görə, un yedikdən sonra qanda qlükozanın səviyyəsi yüksəlir, artıq çəki yarana bilər, insulin müqaviməti formalaşır, sonra isə şəkər xəstəliyi başlayır.

Nurlan