Balın faydalı olduğunu hamımız eşitmişik. Foodinfo.az TSN.ua-ya istinadən xəbər verir ki, bununla belə, əslində bu məhsul kifayət qədər qeyri-müəyyəndir, çünki o, həm də zərər verə bilər.

Dietoloqlar balın allergen olduğunu qeyd edirlər. Üstəlik, bu məhsula qarşı allergiya, əvvəllər olub-olmamağınızdan asılı olmayaraq hər yaşda görünə bilər. Ona görə də balı ehtiyatla istehlak etmək lazımdır.

Bütün riskləri nəzərə alan həkimlər deyirlər ki, sağlam gənc insan gündə 2-3 çay qaşığından çox olmayan bal yeyə bilər.

Həkimlər onu da əlavə edirlər ki, balı şəkərli diabet, piylənmə, hipertoniya və ateroskleroz xəstələri ehtiyyatla istehlak etməlidirlər.