Qastroenteroloq Lyudmila Suxorukova RİA Novosti-yə bildirib ki, ümumilikdə qarağat iltihab əleyhinədir. Foodinfo.az xəbər verir ki, qara qarağat ən faydalıdır, onun tərkibində lif, C və E vitaminləri var.
Qastroenteroloqun sözlərinə görə, qarağat limfa düyünlərinin, ürək-damar sisteminin, böyrəküstü vəzilərin fəaliyyətinə faydalı təsir göstərir, immuniteti artırır. Diabet, ateroskleroz, anemiya, yüksək qan təzyiqi və hətta radiasiya zədələnməsi üçün tövsiyə olunur.
Qırmızı qarağat antioksidantlar, vitamin A, B vitaminləri və fitosterollarla zəngindir. Ürək-damar sistemini gücləndirmək üçün istifadə olunur. Qırmızı qarağat suyu qızdırmanı azaldır və xüsusilə uşaqlarda qızdırma ilə uğurla mübarizə aparır.