Səhər acqarına limonlu su içmək son illər geniş yayılmış vərdişlərdən biridir. Lakin mütəxəssislər bunun hər kəs üçün uyğun olmadığını bildirirlər.

Foodinfo.az “Everyday Health” portalına istinadla xəbər verir ki, qastroenteroloq Will Bulsiewicz limon turşusunun bəzi insanlarda mədə qıcıqlanmasına səbəb ola biləcəyini deyib.

Onun sözlərinə görə, xüsusilə qastrit və reflüksdən əziyyət çəkən şəxslər ehtiyatlı olmalıdırlar.

Ekspert qeyd edib ki, limonlu suyun faydası əsasən orqanizmin maye balansını bərpa etməsi ilə bağlıdır.

Mütəxəssis əlavə edib ki, bu içki möcüzəvi arıqlama vasitəsi hesab olunmamalıdır.