Ənənəvi olaraq qarpız yeyildikdən sonra toxumları atırıq, lakin mütəxəssislər bunun əksini tövsiyə edir. Foodinfo.az xəbər verir ki, qarpız toxumu təbii diuretik xüsusiyyətlərə malikdir və böyrək funksiyalarının aktivliyini artırır.

Tərkibindəki maqnezium və kalium sidik ifrazını tənzimləyir və bədəndə su duz balansını qoruyur. Qarpız toxumu eyni zamanda protein və E vitamini ilə zəngindir. Qovrulmuş və ya üyüdülmüş şəkildə salatlara və smuziyə əlavə oluna bilər.

Xalq təbabətində böyrək daşlarının qarşısını almaq üçün qarpız toxumundan hazırlanmış çaylar istifadə olunur. Bu toxumlar antioksidantlarla zəngin olduğuna görə bədəndə iltihab əleyhinə təsir də göstərir. Həmçinin dəri hüceyrələrinin yenilənməsinə yardım edir. Yay aylarında bu ucuz və təbii məhsul böyrəklərin yükünü azaldır. Mütəxəssislər gün ərzində 1-2 xörək qaşığı qədər istifadəni tövsiyə edir.