Kabab hazırlayarkən ətin yumşaq və şirəli alınması üçün düzgün marinad çox vacibdir. Mütəxəssislər bildirirlər ki, düzgün üsul seçildikdə ət daha qısa müddətdə bişirməyə hazır olur.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, ət müxtəlif mayelərdə – mineral su, soya sousu, kefir və ya pomidor şirəsində saxlanaraq marinad edilə bilər. Bu üsullar ətin liflərini yumşaldaraq daha dadlı nəticə verir.
Adətən marinad prosesi bir neçə saat davam edir, lakin mütəxəssislər əlavə bir üsulla bu vaxtın xeyli qısaldıla biləcəyini bildirirlər. Ətə soğan və ədviyyatlar da əlavə olunması dadı daha da gücləndirir.
Mütəxəssislərin sözlərinə görə, ən effektiv üsullardan biri marinada kivi əlavə edilməsidir. Kivinin tərkibində olan təbii fermentlər ətin daha tez yumşalmasına kömək edir.
Qeyd olunur ki, kivi marinada kabab bişirməyə 15–20 dəqiqə qalmış əlavə edilməlidir. Optimal nisbət isə 1 kiloqram ət üçün yarım kivi hesab olunur.
Aşpazlar bildirirlər ki, bu üsuldan istifadə edildikdə ət daha yumşaq olur və kabab ağızda asanlıqla əriyən dadlı yeməyə çevrilir.






