Qan dövranının sağlam qalması və tromb yaranma riskinin azaldılması üçün düzgün qidalanma mühüm rol oynayır. Mütəxəssislər bəzi məhsulların qanı durulaşdırmağa və damarların fəaliyyətini dəstəkləməyə kömək edə biləcəyini bildirirlər.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, gigiyenist Svetlana Çaykovskaya qan sağlamlığı üçün A, B, B3, C və E vitaminlərinin, həmçinin bioflavonoidlərin vacib olduğunu qeyd edir. Bu maddələr əsasən sitrus meyvələrində, nar, giləmeyvələr və çaytikanında (oblepixa) mövcuddur.
Mütəxəssis bildirib ki, orqanizm üçün lazım olan minerallar və duzlar yaşıl yarpaqlı tərəvəzlərdə, kərəvizdə, pomidorda və qarpızda daha çox olur. Eyni zamanda kifayət qədər su içmək qan dövranının normal işləməsi üçün vacib sayılır.
Gigiyenistin sözlərinə görə, zülallar və amin turşuları da qan sağlamlığında mühüm rol oynayır. Bunlar yumurta, az yağlı süd məhsulları, pendir, yağsız ət və bəzi balıq növlərində, xüsusilə treskada mövcuddur.
Həmçinin qeyd olunur ki, liflə zəngin qidalar – alma, banan, kök kimi məhsullar da orqanizmdə mübadilə proseslərini dəstəkləyir və ümumi damar sağlamlığına müsbət təsir göstərir.






