Şirniyyat və un məmulatları "ayaqüstü atışdırmaq" üçün rahat qidalardır, lakin doyumlu deyil və az müddət sonra insanda yenidən aclıq hissi yaranır.

 Foodinfo.az xəbər verir ki, diyetoloq Natalya Naumova uzun müddət tox saxlayan qidaları açıqlayıb.

Həkim beynin orqanizmimizdəki aclıq və toxluq hissini idarə etdiyini bildirib. Bədənin hüceyrələrində daim maddələr mübadiləsi baş verir, bu isə enerji tələb edir. Qanda qidalandırıcı maddələrinin miqdarı azaldıqda aclıq mərkəzindəki beyin neyronları qıcıqlanır. Boş mədə, öz növbəsində, reseptorlardan bu mərkəzə impulslar ötürməyə başlayır.

Qida mədəyə daxil olduqda, əvvəlcə mədə divarının uzanması, sonra isə qida maddələrinin qana daxil olması səbəbindən toxluq hissi yaranır. Bu proses belə baş verir: sinir yolları ilə mədənin mexanoreseptorlarından mərkəzi sinir sisteminə gedən siqnallar aclıq mərkəzində ləngiməyə səbəb olur. Qidalandırıcı maddələr işləndikcə proses təkrarlanır.

Sadə karbohidratlardan tez-tez istifadə edib, həddindən artıq çox yeməmək üçün orqanizmə kifayət qədər zülal (çəkinin bir kiloqramına 1-1,5 qram zülal) verilməlidir. Bunun üçün qırmızı və ağ ət, quş əti, balıq, yumurta və süd məhsulları yemək lazımdır.

Mürəkkəb karbohidratlar, ilk növbədə lif (dənli bitkilər, tərəvəz, meyvə, giləmeyvə və göyərti) həzm traktından gec keçir, bu da sürətli karbohidratların həzmini yavaşlatır və beləliklə, zülalla birlikdə uzunmüddətli toxluq hissinə səbəb olur.