“Fibermaxing” adı ilə yeni qidalanma trendi – “ne qədər çox lif, bir o qədər yaxşı” prinsipi – həddindən artıq tətbiq olunduqda sağlamlığa mənfi təsir göstərə bilər.

Foodinfo.az Sports.kz saytına istinadla xəbər verir ki, bu barədə Lenta.ru portalına danışan endokrinoloq Margarita Belousova açıqlama verib.

Həkim bildirir ki, yetkin insanlara gündəlik təxminən 25–30 qram lif tövsiyə olunur. Bu həddi aşmaq qarın şişkinliyi, qaz əmələ gəlməsi və diskomforta səbəb ola bilər.

Bundan əlavə, lif payını artırarkən protein və faydalı yağları kənara qoymaq vacib komponentlərin çatışmazlığına, nəticədə isə əzələ kütləsinin itirilməsinə gətirib çıxara bilər.

Mütəxəssis tövsiyə edir ki, lif yalnız balanslı qidalanma çərçivəsində qəbul edilsin. Günlük rasion liflərlə yanaşı faydalı yağlar, zülallar, mürəkkəb karbohidratlar, vitamin və mineralları da əhatə etməlidir ki, orqanizm yalnız fayda görsün.