
Çoxları gilas yeyib, çəyirdəyini atır, lakin araşdırmalar onun sağlamlıq üçün faydalı olduğunu sübut edir. Foodinfo.az xəbər verir ki, gilas çəyirdəyi – düzgün hazırlandıqda – iltihab əleyhinə və ağrıkəsici təsirə malikdir. Bu xüsusilə oynaq ağrılarından əziyyət çəkən insanlar üçün təbii alternativ sayılır.
Çəyirdəkdən alınan yağı dəriyə sürtülə və ya kompres kimi istifadə oluna bilər. Tərkibindəki fenolik birləşmələr hüceyrə səviyyəsində iltihabı azaldır. Xalq təbabətində bu yağ həm də əzələ gərginliyi və revmatik ağrılarda istifadə olunur.
Gilas çəyirdəyi çayı isə bağırsaqları sakitləşdirir. Bu məhsul eyni zamanda qan dövranını yaxşılaşdırır və bədən istiliyini tarazlayır. Gilas çəyirdəyindən istifadə etməzdən öncə onu düzgün qurutmaq və üyütmək vacibdir. Hər hansı istifadədən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.