Həkim-dietoloq Nadejda Litvinova-Qrazion soyuq mövsümdə orqanizmi isinmək üçün kakao içməyin faydalı olduğunu bildirib. Onun sözlərinə görə, məqsəd şəkərin kəskin sıçrayışları olmadan uzunmüddətli istilik və enerji hissi əldə etməkdirsə, şəkər əlavə edilməmiş təmiz kakao və ya onun əsasında hazırlanan içkilərə üstünlük verilməlidir. Foodinfo.az Gazeta.Ru saytına istinadla xəbər verir ki, mütəxəssis kakao antioksidantlarla zəngin olduğu üçün qan dövranını yaxşılaşdırır və əhval-ruhiyyəni yüksəldir.
Eyni zamanda, qastroenteroloq həkim Yekaterina Kaşux РИАМО-ya açıqlamasında qeyd edib ki, düzgün qidalanmaya əməl edildiyi halda şokolad pastası sağlamlıq üçün təhlükəli deyil. Onun sözlərinə görə, balanslaşdırılmış rasion çərçivəsində az miqdarda əlavə şəkər və yağların həzmi ilə orqanizm adətən yaxşı mübarizə apara bilir.






