Son illərdə çörəyi rasiondan çıxarmaq populyarlaşır. Foodinfo.az bildirir ki, bu addımın sağlamlığa təsiri çörəyin növündən və əvəzedicilərdən asılıdır. Ağ çörək sürətli karbohidratlarla zəngindir və qanda şəkərin ani artmasına səbəb olur.

Lakin tam buğda çörəyi lif, B qrupu vitaminləri və minerallarla daha zəngindir. Çörəksiz pəhrizdə bəzi vacib maddələrin çatışmazlığı müşahidə oluna bilər. Həddindən artıq çörək istehlakı çəkini artırsa da, düzgün və balanslı miqdarda qara çörək istifadə etmək orqanizm üçün faydalıdır.

Lif çatışmazlığı bağırsaq fəaliyyətini zəiflədə və qəbizlik problemini artıra bilər. Əsas məsələ ağ çörəyi tam taxıllarla əvəzləmək və ümumi karbohidrat qəbulunu idarə etməkdir. Tamamilə çörəksiz qalmaq əvəzinə keyfiyyətli çörək seçmək daha faydalı yanaşmadır.