Çoxları yağsız yeməklərin daha sağlam və arıqladıcı olduğunu düşünür. Foodinfo.az bildirir ki, orqanizm müəyyən miqdarda yağlara mütləq ehtiyac duyur. Yağlar A, D, E və K vitaminlərinin sorulmasını təmin edir. Eyni zamanda beyinin və hormonların sağlam fəaliyyəti üçün vacibdir.

Yağsız pəhriz zamanı orqanizmdə bu proseslər zəifləyir, dəri quruyur, immunitet zəifləyir. Bəzi araşdırmalara görə, yağsız qidalanma psixoloji gərginlik və depressiya riskini də artırır. Üstəlik, yağın olmaması aclıq hissini daha tez yaradır və bu, daha çox yeməyə səbəb ola bilər.

Faydalı yağlar – zeytun yağı, avokado, qoz-fındıq yağı və balıq yağı – balanslı şəkildə istifadə edilməlidir. Arıqlamaq üçün əsas faktor kalorilərin miqdarı və keyfiyyətli tərkibdir, yalnız yağsızlıq deyil. Sağlam pəhriz üçün yağın miqdarına deyil, növünə diqqət yetirilməlidir.