
Bulqur qədim dövrlərdən bəri Orta Şərq və Aralıq dənizi mətbəxində geniş istifadə olunan qidalar sırasındadır. Buğdanın buxarda bişirilib qurudulmasından və üyüdülməsindən əldə olunan bulqur həm ləzzətli, həm də qidalandırıcı xüsusiyyətləri ilə seçilir.
Foodinfo.az xəbər verir ki, bulqur tərkibcə zəngin bir kompleks karbohidrat mənbəyidir. Onun tərkibində B vitaminləri (xüsusilə B1, B3, B6), dəmir və maqnezium, bitki mənşəli zülal, lif (pəhriz lifi), antioksidantlar var.
Bu maddələr orqanizmin enerjisini təmin etməklə yanaşı, ürək-damar, sinir sistemi və həzm sağlamlığına müsbət təsir göstərir.
- Liflə zəngin olduğu üçün bağırsaq fəaliyyətini tənzimləyir, qəbizliyin qarşısını alır.
- Aşağı glisemik indeksə malikdir, bu səbəbdən şəkər xəstələri üçün münasib qida hesab olunur.
- Uzun müddət tox saxlama xüsusiyyəti ilə arıqlamaq istəyənlər üçün ideal seçimdir.
- Ürək sağlamlığı üçün faydalıdır, xolesterolu aşağı salmağa kömək edir.
- Qanazlığının qarşısını alır, dəmir tərkibi sayəsində qan hüceyrələrinin yaranmasına kömək edir.
Bulqur həm böyüklər, həm də uşaqlar üçün uyğun bir taxıl məhsuludur.