Meyvənin hansı vaxtda yeyilməsi ilə bağlı fərqli fikirlər mövcuddur. Foodinfo.az bildirir ki, bəzi mütəxəssislər meyvənin yeməkdən əvvəl qəbulunun daha faydalı olduğunu vurğulayır. Bu, meyvənin daha sürətli həzm olunmasına imkan verir və qıcqırma riskini azaldır.

Yeməkdən sonra yeyilən meyvə isə artıq qidalarla qarışaraq mədədə fermentasiya prosesinə səbəb ola bilər. Bu da köp, qaz və həzm pozğunluqları yarada bilər. Ancaq bu təsirlər hər insanda eyni olmur və fərdi həzm xüsusiyyətlərinə görə dəyişir. İnsulin müqaviməti və şəkərli diabeti olan şəxslər meyvəni əsas yeməklə birlikdə qəbul etməməlidirlər.

Meyvələrin yüksək şəkər tərkibi qanda şəkərin sürətlə yüksəlməsinə səbəb ola bilər. Səhərlər acqarına və ya günorta yeməyindən təxminən bir saat əvvəl meyvə yemək daha əlverişli sayılır. Gecə saatlarında meyvə yemək isə şəkərin yağ formasında depolanmasına gətirib çıxara bilər. Meyvənin vaxtında və düzgün şəkildə istehlakı onun faydalarını maksimum dərəcədə artırır. Qida rejimində bu cür detallara diqqət yetirmək sağlam həyat üçün vacibdir.