Tərxun xüsusi ətir və dad verən, həm də çoxsaylı müalicəvi xüsusiyyətlərə malik olan aromatik bir bitkidir. 

Foodinfo.az xəbər verir ki bu, xalq təbabətində və mətbəxdə geniş istifadə olunan tərxun həm təzə, həm də qurudulmuş şəkildə orqanizm üçün çox faydalıdır.

1. Həzm sisteminə müsbət təsiri 

Tərxun mədəni gücləndirir, qida həzmini asanlaşdırır və iştahanı artırır. Mədə turşusunun tənzimlənməsində rol oynayaraq həzm pozğunluqları, köp və qaz probleminə qarşı faydalıdır.

2. Sinir sistemini sakitləşdirir

Təbii sakitləşdirici təsirə malikdir. Yuxusuzluq, gərginlik və əsəb pozğunluqları zamanı dəmlənərək içilməsi sinir sistemini rahatlaşdırır.

3. Antibakterial və iltihab əleyhinə xüsusiyyəti

Bu bitki mikroblara qarşı mübarizədə təsirlidir. O, orqanizmdəki bəzi iltihabi prosesləri azalda bilər və immun sistemini gücləndirir.

4. Ağız və diş sağlamlığı

Tərxun yarpaqları ağızda çeynəndikdə ağız qoxusunu aradan qaldırır və diş ətini möhkəmləndirir. Eyni zamanda antiseptik təsiri ilə ağız boşluğunu təmizləyir.

5. Qan dövranını yaxşılaşdırır

Tərkibində olan təbii efir yağları qan dövranını stimullaşdırır və orqanizmi tonusda saxlayır.