Qəhvə təkcə enerji mənbəyi deyil, eyni zamanda immunitet sisteminə də təsir göstərən bir içkidir. Foodinfo.az bildirir ki, qəhvənin tərkibindəki antioksidantlar orqanizmi sərbəst radikallardan qoruyaraq immun sistemi gücləndirə bilər. Xüsusilə təbii hazırlanmış qara qəhvə iltihabəleyhinə xüsusiyyətlərə malikdir.

Bununla belə, qəhvənin həddindən artıq istifadəsi orqanizmdə kortizol hormonunun səviyyəsini artıraraq stressə səbəb ola bilər. Gündə iki-üç fincan qəhvə içmək ümumiyyətlə təhlükəsiz hesab edilir. Daha çox miqdarda qəbul isə yuxu rejimini poza, sinir sistemini gərginləşdirə və mədə turşusunu artıra bilər.

Araşdırmalar göstərir ki, az miqdarda qəhvə ürək-damar sistemi üçün də faydalıdır. Ancaq bu fayda yalnız şəkərsiz və südsüz qəhvə üçün keçərlidir. İmmunitet sistemi zəif olan şəxslər qəhvə qəbulunu həkimlə məsləhətləşməlidirlər. Hamilə qadınlar və yüksək təzyiqdən əziyyət çəkənlər üçün gündəlik kofein miqdarı daha az olmalıdır.

Qəhvə eyni zamanda dəmirin orqanizm tərəfindən mənimsənilməsinə mane ola bilər. Buna görə də qida qəbulundan dərhal sonra qəhvə içmək tövsiyə edilmir.