"Sevimli dad" və "MilkPro" brendləri altında süd məhsullarının istehsalı "Azera Holding"ə ötürülüb. 

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, sözügedən brendlərin məhsulları bu ilin əvvəlindən holdinqə daxil olan "Azemal" şirkəti tərəfindən istehsal olunur. 

Məlumata görə, zavod tam gücündə fəaliyyət göstərir.

Qeyd edək ki, "Sevimli Dad" markası ilə tanınan "Milk-Pro" MMC ötən gün ləğv olunduğunu açıqlayıb.

Məlumat üçün bildirək ki, ötən il "Xətai Development" MMC və "Azemal" MMC də "Milk-Pro"dan ayrılıb.

Xatırladaq ki, 1991-ci ildən fəaliyyət göstərən "Milk - Pro" MMC şirkəti süd, süd məhsulları (Sevimli Dad) və meyvə şirləri (Sonti) istehsal edib. Şirkətin qanuni təmsilçisi (Baş direktoru) Mustafa Mehman oğlu Məmmədovdur. 

"Milk-Pro" 1997-ci ildə yaradılmış "CTC Holdinq"şirkətlər qrupunun tabeliyində fəaliyyət göstərib.

11:30

Azərbaycanda süd məhsulları istehsalçısı kimi tanınan "Milk Pro" MMC ləğv olunub.

Foodinfo.az qafqazinfo-ya istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu, ev 29, 6-cı km ünvanına bildirə bilərlər. Qeyd edək ki, "Milk Pro" 1991 - ci ildə tibbi - bakterioloju süd məhsulları istehsal edən şirkət kimi təsis edilib. "Milk Pro" daha çox "Sevimli Dad" markası ilə tanınıb.