2022-ci ildə Azərbaycandan xarici ölkələrə 1 milyard 140 milyon 865 min ABŞ dolları həcmində kənd təsərrüfatı və emalı məhsulları ixrac edilib. Foodinfo.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 3.2% artıb.