Azərbaycan hökuməti 2023-cü ildə buğda istehsalını 2 milyon 19,1 min ton səviyyəsində proqnozlaşdırır, 2026-cı ildə bu göstərici 7,3% artımla 2 milyon 167,2 min tona çatacaq. Foodinfo.az İnterfaks-Azərbaycan-a  istinadən xəbər verir ki, 2024-cü ildə ölkədə buğda istehsalı 2 milyon 104,2 min tona, 2025-ci ildə 2 milyon 144 min tona qədər artacaq. 2023-cü ildə Azərbaycanda taxıl istehsalı 3 milyon 646,3 min ton, 2026-cı ildə 3 milyon 983,1 min ton həcmində proqnozlaşdırılır, artım 9,2% təşkil edəcək. Proqnozlara görə, ən yüksək artım meyvə və giləmeyvə istehsalında gözlənilir. Xüsusilə 2023-cü ildə meyvə və giləmeyvə istehsalı 1 milyon 324,4 min ton, 2024-cü ildə 1 milyon 425,8 min ton, 2025-ci ildə 1 milyon 518,2 min ton, 2026-cı ildə 1 milyon 618 min ton həcmində proqnozlaşdırılır. Beləliklə, 2023-2026-cı illərdə Azərbaycanda meyvə və giləmeyvə istehsalı 20,5% artacaq. 2023-cü ildə tərəvəz istehsalı 1 milyon 970 min ton həcmində proqnozlaşdırılır. 2024-cü ildə istehsal 2 milyon 65 min tona, 2025-ci ildə 2 milyon 165 min tona, 2026-cı ildə 2 milyon 270 min tona qədər artacaq. 2023-2026-cı illərdə Azərbaycanda tərəvəz istehsalı 15,3% artacaq. Hökumətin proqnozlarına görə, 2023-2026-cı illərdə kartof istehsalında 18% artım gözlənilir: 2023-cü ildə istehsal 1 milyon 143,8 min ton, 2024-cü ildə 1 milyon 207,8 min ton, 2025-ci ildə 1 milyon 277,6 min ton, 2026-cı ildə 1 milyon 350,4 min ton təşkil edəcək.