Azərbaycanda bir çox brend adı altında şəkər tozu və qənd istehsal edilir. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Foodinfo.az-a deyib ki, illər öncə Azərbaycanda bir çox sexlərdə antisanitar şəraitdə qənd hazırlansa da, zaman keçdikcə aparılan tədbirlər nəticəsində həmin sexlər bağlanıb: “Son illərdə şəkər tozu və qənd istehsalı ilə bağlı şikayətlər almırıq. Ölkəyə gətirilən şəkər tozu və qəndlərin monitorinqi aparılıb və heç bir problem aşkar edilməyib”. E.Hüseynov bu sahədə yeganə problemin diabet xəstələri üçün şəkər əvəzləyicisi adı ilə satılan “Sladkaya saxar” adlı xüsusi qəndlərdə olduğunu deyib: “Həmin qəndlərin çoxu Rusiyadan gətirilir. Azərbaycan Səhiyyə Nazirliyi dəfələrlə bu barədə xəbərdarlıq edib ki, həmin qəndlər diabet xəstələrinə ziyandır. Amma hələ də satışda onlara rast gəlirik”. Ayxan/Foodinfo.az