Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları "Sağlam məktəbli" layihəsi çərçivəsində 16 oktyabr Ümumdünya Qida Günü ilə əlaqədar Tovuz rayonunda yerləşən İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada təhsil alan şagirdlərlə görüşüblər.
Görüşdə şagirdlərə qida təhlükəsizliyinin təmin edilməsi və onun əhəmiyyəti, sağlam qidalanma vərdişləri barədə geniş məlumat verilib.
Tədbir çərçivəsində qida məhsullarının etiket məlumatları, bakteriya mənşəli qida zəhərlənmələri, konservləşdirilmiş qidalar, süd və süd məhsulları mövzularında məlumatları özündə əks etdirən maarifləndirici bukletlər paylanılıb.
110 nəfər şagird və müəllim heyətinin iştirak etdiyi tədbirdə intektual oyunlar təşkil olunub, şagirdlərin qida təhlükəsizliyi və sağlam qidalanma ilə bağlı sualları cavablandırılıb.
Son xəbərlər
- Bitki pəhrizi: müsbət və mənfi cəhətləri
- Kürdəmirdə fəaliyyət göstərən marketdə istehlaka yararsız qida məhsulları aşkarlanıb
- Bu səhv dişlərin saralmasına səbəb olur
- gubre.az şəbəkəsinin “Caspian Agro” sərgisində təqdim etdiyi yeni layihə fermerlərin xüsusi marağına səbəb olub
- İqlim dəyişikliyi beyin sağlamlığını pisləşdirə bilər
- AZPROMO: Tacikistanın qida məhsulları idxalını Azərbaycan məhsulları ilə əvəzləmək niyyətindəyik