
Qida zəhərlənməsi zərərli bakteriya, virus, parazit və ya toksinlərlə çirklənmiş qidaların və ya içkilərin qəbulundan sonra baş verir. Bu hal bir neçə orqana təsir etsə də, ən çox zərər görən sistem və orqanlar aşağıdakılardır:
1. Bağırsaqlar və mədə (Həzm sistemi)
Qida zəhərlənməsinin birbaşa hədəfi həzm sistemidir. Zərərli mikroorqanizmlər ilk olaraq mədə və bağırsaqlara daxil olaraq burada çoxalır. Əlamətləri qarın ağrısı, qusma, ishal, şişkinlik, mədə bulantısı olur.
2. Qaraciyər
Bəzi zəhərlənmə hallarında (xüsusilə virus mənşəli və toksinli maddələrdə) qaraciyər də təsirlənir. Qaraciyər toksinlərin parçalanmasında əsas rol oynadığı üçün zərərli maddələrin təsirinə həssasdır. Bu halda yorğunluq, gözlərin saralması, sidiyin tünd rəngdə olması, qarının sağ tərəfində ağrı olması ilə müşahidə olunur.
3. Böyrəklər
Ağır qida zəhərlənmələri zamanı (xüsusən E. coli infeksiyası hallarında) böyrəklər zərər görə bilər. Bu, sidikdə qan, az sidiyə çıxma və kəskin böyrək çatışmazlığı na qədər gedə bilər.
4. Sinir sistemi
Əgər zəhərlənmə botulizm (Clostridium botulinum bakteriyası) səbəbindəndirsə, sinir sistemi təsirlənə bilər. Bu çox nadirdir, amma təhlükəli nəticələr verə bilər.
5. İmmunitet sistemi
Qida zəhərlənməsi zamanı bədən mikroblara qarşı savaş açdığı üçün immunitet sistemi aktivləşir, ancaq uzunmüddətli və şiddətli hallarda bu sistem də zəifləyə bilər.
Bu səbəbdən zəhərlənmə əlamətləri bir neçə gündən çox davam edərsə və ya ağırlaşarsa, dərhal həkimə müraciət etmək vacibdir.