“Azərbaycan Respublikası ərazisinin sanitar mühafizəsi Qaydaları”na dəyişiklik edilib. Foodinfo.az  xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti qərar qəbul edib. Dəyişikliyə görə, dövlət sərhədinin buraxılış məntəqələrindən ölkəyə idxal olunan qida məhsullarının qida təhlükəsizliyi baxımından yoxlanılmasını gömrük orqanları ilə birlikdə Qida Təhlükəsizliyi Agentliyi də həyata keçirəcək. Qeyd edək ki, yenicə fəaliyyətə başlamış Agentliyin sədri Qoşqar Təhməzlidir. Foodinfo.az