2019-cu ilin sentyabr ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1573 müraciət daxil olub. Daxil olan müraciətlərdən 215-i sertifikatlaşdırma və qeydiyyat, 289-u idxal-ixrac əməliyyatları, 216-ı istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.
Qida zəhərlənmələri ilə bağlı Agentliyə 47 müraciət daxil olsa da, onlardan yalnız 20-i öz təsdiqini tapmışdır. Bütün hallarda müraciətlər araşdırılmış və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilmişdir.
Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 76-ı işə qəbulla, 730-u isə digər xarakterli müraciətlər olmuşdur.
Son xəbərlər
- Həftəsonundan sonra da özünüzü niyə yorğun hiss edirsiniz?
- Alimlər qəhvənin arıqlamağa kömək etdiyini müəyyən ediblər
- Bu üsul sizi boyun ağrılarından xilas edəcək
- AQTA-nın monitorinqləri zamanı 40 müəssisədə nöqsanlar aşkarlanıb
- Bitki pəhrizi: müsbət və mənfi cəhətləri
- Kürdəmirdə fəaliyyət göstərən marketdə istehlaka yararsız qida məhsulları aşkarlanıb