Amsterdam Universitetinin biokimya üzrə tədqiqatçısı Erik Vandenhoven mikrodalğalı sobada qızdırılan qidaların bəzi vitaminlərini itirdiyini açıqlayıb. Foodinfo.az bildirir ki, “Science Alert” jurnalına danışan mütəxəssis bildirib ki, xüsusilə C və B qrupu vitaminləri istilik və elektromaqnit dalğalara qarşı həssasdır.
Onun sözlərinə görə, tərəvəz və meyvələr mikrodalğalı sobada çox qızdırıldıqda bu vitaminlərin 30-40 faizini itirə bilər. Vandenhoven qeyd edib ki, qısa müddətli, aşağı gücdə istilik prosesi daha az itkiyə səbəb olur.

O tövsiyə edir ki, mikrodalğalı sobadan istifadə zamanı qida üzərinə su əlavə olunmasın, çünki bu, parçalanmanı sürətləndirir. Mütəxəssis əlavə edib ki, bəzi hallarda vitamin itkisi yeməyin görüntüsünə təsir etməsə də, onun qida dəyərini xeyli azaldır. “İnsanlar düşünür ki, sobada qızdırılan yemək eyni qalır, amma əslində onun tərkibində ciddi dəyişiklik baş verir,” – deyə o vurğulayıb. Biokimyaçı alternativ olaraq buxarda və ya sobada aşağı temperaturda isitmənin daha sağlam olduğunu bildirib.