Koronavirus (COVID-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrində çalışan heyətin dəyişəkli təmiz iş geyimi ilə təmin olunması vacibdir. Qida məhsulları ilə təmas edərkən baş örtükləri (bone) və əlcəklərdən istifadə olunmalıdır. Qeyd edək ki, iş prosesində geyinilmiş paltarların yüksək temperaturda yuyucu vasitələrlə yuyulması tövsiyə olunur. Bununla yanaşı ictimai iaşə müəssisələrində qida məhsullarına açıq əllə toxunulması yolverilməzdir. Xidməti əşya və avadanlıqlar isə istifadə olunduqca mütəmadi dəyişdirilməli, fərqli bölmələrdə saxlanılmalı, eyni zamanda istifadə edilməzdən əvvəl və sonra təmizlənib, dezinfeksiya olunmalıdır.
Son xəbərlər
- Sağlamlığı təhdid edən gündəlik vərdişlər
- Uzun müddət yuxusuz qalmaq hansı problemlərə səbəb ola bilər?
- Uzun bayram günlərindən sonra həzmi bərpa etməyin sadə yolu
- Qocalmanı ləngidən qidalar açıqlandı
- Adi noxudun gözlənilməz faydası: sinirləri sakitləşdirir və yuxunu yaxşılaşdırır
- Yaz yorğunluğuna qarşı 10 faydalı qida






