
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən 2025-ci il 17-21 iyun tarixlərində aparılan monitorinqlər zamanı Bakı, Sumqayıt şəhərləri və Masallı, Lənkəran rayonlarında fəaliyyət göstərən 5 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Bu barədə Foodinfo.az-a AQTA-dan məlumat verilib.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələrlə bu linkdə tanış ola bilərsiniz.

